"Azərbaycan millisi haqda düşünmürəm"- MÜSAHİBƏ

"Azərbaycan millisi haqda düşünmürəm"- MÜSAHİBƏ

 Moskva “Spartak”ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev “azerisport.az”-a müsahibə verib. Fanat.Az müsahibəni təqdim edir.

-“Spartak”ın ikinci komandasının toplanışı necə keçir?

- Hər şey qaydasındadı. “Artırmağ”a can atıram. Yaxşı klubda oynamaq istəyirəmsə, öz üzərimdə çalışmalıyam.

- “Spartak”ın əsas komandasına düşmək şansın var?

- Məni artıq BƏƏ-də baş tutacaq toplanışa çağırıblar.

- Dostun – Ramil Şeydayev “Trabzonspor”un “11-liy”inə düşə bilmir...

- Əvvəllər də demişəm ki, o, müntəzəm oynaya biləcəyi klubda çıxış etməlidi. Ramilə şans verilsə, özünü yaxşı tərəfdən göstərər.

- “Trabzonspor” Şeydayevi icarəyə verməkdə maraqlıdı. Türkiyənin ikinci liqa klublarından birinə və “Neftçi”yə keçmək variantları var. Səncə, hansı daha yaxşı olar?

- “Neftçi” daha yaxşı variantdı. İkinci liqada oynamağa dəyməz...

- Ramillə bir yerdə az oynamamısız. Əlaqə saxlayırsız?

- Hə, zəngləşirik. Bir-birimizlə maraqlanırıq.

- Azərbaycan millisinə gəlsən, yenə Ramillə çiyin-çiyinə top qova bilərsən.

- Hələ bu haqda danışmaq istəmirəm. Gəlin, bu söhbəti sonraya saxlayaq.

- Bunu “Spartak”ın oyunları haqda düşündüyünə görə deyirsən, yoxsa, millimizdə oynamaq fikrin yoxdu?

- Hazırda “Spartak”ın oyunları, toplanışı haqda düşünürəm. İnkişaf etməyə çalışmalıyam. Hər şeyin yaxşı olacağına ümidliyəm.

 

 

Fanat.Az

 

 

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər