Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində gerilədi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində gerilədi

Azərbaycanın qadınlardan ibarət millisi FIFA reytinqində bir pillə geriləyib.

Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv hazırda 1317.93 xalla 75-ci sıradadır.

Siyahıda İspaniya seçməsi (2105.36) liderdir. ABŞ (2057.92) ikinci, Almaniya (2028.99) üçüncüdür.

Xatırladaq ki, Azərbaycan millisi son olaraq dünya çempionatının seçmə mərhələsində Macarıstana uduzub (1:2), Şimali Makedoniyanı (3:1) məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər