Neymar 4-6 həftə yaşıl meydandan kənarda qalacaq. Fanat.az xəbər verir ki, dünən Futbol üzrə Dünya Çempionatının ¼ fila matçında Kolumbiya ilə (2:1) oyunda
hücumçu rəqib komandanın müdafiəçisi Kamilo Suniqa ilə toqquşmadan sonra bel nahiyyəsindən ciddi zədə alaraq oyunu tərk edib.
Braziliya milli komandasının həkimi Rodrigo Lasmarın yerli mətbuata verdiyi məlumata görə Neymarın onurğa sütununun 3-cü fəqərəsi sındığını və sağalma müddətinin 4-6 həftə çəkəcəyini bildirib. Həmçinin bir müddət təhlükəli hərəkətlər edə bilməyəcəyini də qeyd edib.
Bununla da Neymar mundial matçlarından kənarlaşdırıb.
Xatırladaq ki, yarımfinalda Braziliya yığması Almaniya millisi ilə görüşəcək.
Fanat.az