"İlk oyunu evdə keçirəcəyik. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək". Fanat.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov deyib.
"Neftçi" sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Sloveniyanın "Koper" klubu ilə qarşılaşacaq. Bu gün keçirilən mətbuat konfransında iştirak edən Seyidov oyunla bağlı fikirlərini bildirib. Mirhüseyn əsas heyətə düşmək uğrunda mübarizə aparacağını deyib: "Mən hətta Rəşad Sadiqov "Neftçi"də oynayanda da ilk dəqiqələrdən meydanda olmaq üçün mübarizə aparırdım. Kauenin komandaya gəlməsi yaxşıdı ki, rəqabət olacaq. Rəqabət heç kimə mane olmur. Əgər baş məşqçi mənə şans versə, oynamağa hazıram".
Fanat.az