Millimiz 10 pillə irəlilədi

Millimiz 10 pillə irəlilədi
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan millisi 10 pillə irəliləyib.
Hesabat dövründə heç bir oyun keçirməyən yığmamız 83-cü yerdən 73-cü pilləyə yüksəlib. Aktivində 410 xal olan komandamız Makedoniya, Kabo-Verde, Avstraliya, Zambiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Anqola, Belarus, Konqo və Yamaykanı arxada qoyub.
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən üçü - Xorvatiya 1 (17-ci pillə, 955 xal), Norveç 2 (53-cü pillə, 520 xal), Bolqarıstan 6 (72-ci pillə, 425 xal) pillə irəliləyib. Dunya çempionatında uğursuz çıxış edən İtaliya 5 (14-cü pillə, 1056 xal), Malta isə 18 (150-ci yer, 146 xal) pillə geriləyib.
Braziliyada keçirilən dünya çempionatı reytinq siyahısında ciddi dəyişikliklərə səbəb olub. Uzun müddət zirvədə qərarlaşan İspaniyanın hegemonluğu başa çatıb. Pireneylilər 7 pillə geriləyiblər. Braziliya 4, İtaliya 5 və İngiltərə 10 pillə geri düşüb. Sonuncu iki komanda ilk “10-luq”dan da kənarda qalıb. İtaliya hazırda dünyanın 14, İngiltərə isə 20-ci komandasıdı.
Əvəzində Almaniya 1-ci yerə qalxıb. Hollandiya isə böyük sıçrayış edib. Argentina 5-ci yeri 2-yə dəyişib. "Narıncılar" 15-ci yerdən 3-cü pilləyə yüksəlib. Belçika və Fransa da ilk "10-luğ"a daxil olub.
1 (2). Almaniya - 1724
2 (5). Argentina - 1606
3 (15). Hollandiya - 1496
4 (8). Kolumbiya - 1492
5 (11). Belçika - 1401
6 (7). Uruqvay - 1330
7 (3). Braziliya - 1241
8 (1). İspaniya - 1229
9 (6). İsveçrə - 1216
10 (17). Fransa - 1202
Türkiyə millisi 3 pillə irəliləyərək 32-ci olub. Rusiya 4 pillə geriləyərək 23-cü pilləyə düşüb. Ermənistan 3 (41-ci yer), İran 6 (49-cu yer) geriləyib, Gürcüstan mövqeyini qoruyub (96-cı yer).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər