Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya azlıqda uduzdu

Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya azlıqda uduzdu

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki,  C Liqasının 1-ci qrupunda yer alan yığmamız Slovakiyanı qəbul edib.

Oyun saat 20:00-da başlayıb.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edib.

Rahil Məmmədovun avtoqolu ilə hesabda geri düşən meydan sahibləri fasiləyədək rəqibə Toralın qolu ilə cavab veriblər. İkinci hissənin ortalarında Mahir Emrelinin ikinci sarı vərəqə ilə meydandan qovulması vəziyyəti çətinləşdirib. Daha 2 qol vuran Slovakiya inamlı qələbəyə sevinib. Təmsilçimiz üçün bu yenilgi turnirdə ardıcıl 4-cü məğlubiyyət olub. 

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və İsveçə 1:3, Slovakiyaya isə 0:2 hesabı ilə uduzub.

UEFA Millətlər Liqası C Liqası, 1-ci qrup IV tur

Azərbaycan - Slovakiya 1:3

Qollar: Toral Bayramov, 38 - Rahil Məmmədov, 15-öz qapısına. Lukaş Haraslin, 75. David Düriş, 86

Qırmızı vərəqə: Mahir Emreli, 70 (ikinci sarı) Baş hakim: Roxit Saqqi (Norveç). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Azərbaycan: 1. Mehdi Cənnətov, 21. Qismət Alıyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 5. Anton Krivotsyuk, 20. Aleksey İsayev, 18. Ceyhun Nuriyev, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozancan Kökçü, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 14. Rüfət Əhmədzadə, 16. Vadim Abdullayev, 19, Xəyal Nəcəfov, 22. Abbas Hüseynov.  Baş məşqçi: Fernandu Santuş

Slovakiya: 1. Marek Rodak, 16. David Hanko, 14. Milan Şkrinyar (k),5. Lübomir Şatka, 2. Petar Pekarik,10. Lazslo Benes, 22. Stanislav Lobotka, 8. Ondrey Duda, 17. Lukaş Haraslin, 7. Tomaş Suslov, 15. David Strelets Ehtiyat oyunçular: 12. Takaç, 23. Ravas, 3. Kozlovski, 4. Tomiç, 6. Qyomber, 9. Bojenik, 11. Tupta, 13. Qroşovski, 18. Zauer, 19. Riqo, 20. Düriş, 21. Qerts.  Baş məşqçi: Francesco Kaltsona

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər