Luis Ramos AZAL-da

Luis Ramos AZAL-da

AZAL baxışa daha bir futbolçu çağırıb. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Luis Ramosu sınaqdan keçirəcək.

Tam adı Luis Arkangel Ramos Kolon olan futbolçunun son iş yeri Çexiyanın "Teplitse" klubu olub. 29 yaşlı yarımmüdafiəçi qışda keçdiyi komandanın heyətində 10 oyun keçirib və 553 dəqiqə oynayıb. Ramos əvvəllər Hondurasın "Maraton", Slovakiyanın "Jilina", "Nitra", Macarıstanın "Nyireqihaza", "Debretsen", "Kekskemet" və Fransanın "Şatoru" klublarında çıxış edib. 

Yarımmüdafiəçi Hondurasın U-20 yığmasında çıxış edib. O, A milliyə dəvət alsa da, debüt etməyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər