"Kriştiano Ronaldo qazandığı son iki "Ballon d`Or" mükafatını sonuna qədər haqq etmişdi. Amma bu il mükafatı qazandığım üçün xoşbəxtəm". Fanat.az xəbər verir ki, bu sözləri 5-ci dəfə "Ballon d`Or"u qahanan "Barselona"nın ulduzu Lionel Messi dyeib.
"France Football"a danışan argentinalı futbolçu daha bir mükafat qazanacağı halda sevinəcəyini deyib: "Daha bir "Ballon d`Or" qazansam, təbii ki, gözəl olar. Amma mükafat qazanmaq kimi özəl bir istəyim yoxdu. Əksinə, komandamın kuboklar qazanmasını istəyirəm".
"Neymar və Luis Suareslə yaxşı münasibətlərim təbii olaraq formalaşdı. Meydanda bir-birimizi gözüqapalı tapırıq. Paltardəyişmə otağında problemlər olduğu zaman komanda uğur qazana bilməz" deyə Messi bildirib.
Ulduz futbolçu karyerasını vətənində baş vurmaq istədiyini bildirib: "Avropada "Barselona"dan başqa bir klubda oynayacağımı düşünmürəm. Amma karyeramı Argentinada başa vura bilərəm. Təbii ki, futbolda hər şey dəyişə bilər, amma "Barselona"da qalmaq istəyirəm".
Fanat.az