"Ötən mövsüm La Liqanın sonunda və Çempionlar Liqasının yarımfinalında yaxşı formada deyildim. Bu mövsümün əvvəlini də boşa verdim. İlin ən pis nəticəsi zədəm idi". Fanat.az xəbər verir ki, bu sözləri Lionel Messi deyib.
Fifa.com-a danışan argentinalı futbolçu meydandan kənarda qaldığı günlərdə çox çətinlik çəkdiyini bildirib: "Həqiqətən çox çətin idi. Amma Argentinaya getmək və bir az da olsa komandadan uzaq qalmaq fiziki cəhətdən mənə yaxşı təsir etdi. Hər şeyin yaxşı bir tərəfi də var".
Messi bütün futbolçuların indidək dünya çempionatını fikirləşdiyini bildirib: "Braziliyada keçiriləcək dünya çempionatına hələ vaxt var. İndi daha önəmli işlər görməliyik. Çempionlar Liqasını, La Liqanı və "Kral Kuboku"nu yenidən qazanmalıyıq. Zirvəyə yavaş-yavaş gedəcəyik. Amma açığını deyim ki, indi hər kəs daha çox dünya çempionatını fikirləşir".
Fanat.az