Lionel Messi: "Barselona" geri döndü"

Lionel Messi: "Barselona" geri döndü"
"Barselona" yenidən azarkeşlərin arzuladığı oyuna döndü". Fanat.az xəbər verir ki, bu sözləri Kataloniya klubunun futbolçusu Lionel Messi deyib.
Argentinalı ulduz komandasının La Liqada uğursuz nəticələrə rəğmən Çempionlar Liqasında "Mançester Siti"ni mübarizədən kənarlaşdırmasından sonra danışıb. Messi "Barselona"nın istənilən oyunu sərgiləməyə başladığını bildirib: "Evimizdə oynadığımız matçlarda çox ciddi məğlubiyyətlər aldıq. Nəticələrdən başqa, performansımız da yaxşı deyildi. Amma "Mançester Siti" ilə apardığımız mübarizə "Barselona"nın azarkeşlərin arzuladığı oyunu sərgilməyə başladığını göstərdi. Bizə qarşı olan tənqidlərin şişirdilib-şişirdilmədiyini deyə bilmirəm. Amma biz onsuz da öüzümüzü tənqid edirik və nəticə çıxarırıq. Bəzi şeylərin qaydasında getmədiyini başa düşürük".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər