Lionel Messi: 2 qol qaldı

Lionel Messi: 2 qol qaldı
Lionel Messi La Liqada 250-ci qoluna imza atıb. Fanat.az xəbər verir ki, "Barselona"nın "Eybar"ı 3:0 hesabı ilə yendiyi matçda fərqlənən argentinalı daha bir rekordu qırmağa yaxınlaşıb.
Belə ki, La Liqanın ən çox qol vuran futbolçusu Telmo Zarradı. 1940-1955-ci illərdə "Atletiko" formasını geyinən ispan forvard 251 dəfə fərqlənib. Messi bu tur "Real"la oyunda bir qol vursa, onun göstəricisini təkrarlayacaq. Növbəti bir top isə onu La Liqanın ən çox qol vuracaq oyunçusuna çevirəcək. Bununla da Messi 27 yaşında qırılması çətin bir rekorda imza atmış olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər