Keşiş mundialı "mavi"lərin yarışı adlandırdı

Keşiş mundialı "mavi"lərin yarışı adlandırdı
Rusiyalı keşiş Aleksandr Şumskiy Braziliyada keçirilən dünya çempionatını və müasir futbolu bütövlükdə tənqid edib. Fanat.az xəbər verir ki, keşiş Braziliyada keçirilən çempionatın bəşəriyyətin əxlaqi-ənənəvi dəyərlərini əks etdirdiyini deyib: 
"Tribunalarda oyunçulara dəstək olan, qışqıran insanlara, təlxək kimi geyinmiş tamaşaçılara baxın. Futbolçular çəhrayı, sarı və yaşıl idman ayaqqabıları ilə diqqəti cəlb edir. Bu isə geylərin göy qurşağını təmsil edir. Əsl kişinin oynamalı olduğu qara idman ayaqqabısında bir nəfər də yoxdu. Qeyri-adi saç düzümlü futbolçulara bir baxın. İrokez saç düzümlü, ayağında çəhrayı idman ayaqqabısı olan qara dərili futbolçunu təsəvvür edin. İyrənc mənzərədi. Kişiyə çəhrayı və ya mavi idman ayaqqabıları geyindirmək, qadın alt paltarları  geyinmək kimi bir şeydi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər