İstanbul terroru Azərbaycan millisini də "vurdu"

İstanbul terroru Azərbaycan millisini də "vurdu"
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Slovakiya ilə Avropa Liqasının final matçına yollanarkən problemlə üzləşib. 
Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən verilən məlumata görə, yığma üzvləri Türkiyənin İstanbul şəhərində ikən Atatürk Hava Limanında terror aktı törədilib.
Xoşbəxtlikdən, Faiq Qarayevin baş məşqçi olduğu komanda hadisə vaxtı hava limanında olmayıb. Lakin onlar İstanbulda hələ də uçuşların bərpa olunmasını gözləyir.
AVF Türkiyəyə başsağlığı verir, terrora "yox" deyir.
Qeyd edək ki, Slovakiya ilə ilk oyun iyunun 30-da səfərdə, cavab görüşü iyulun 3-də Bakıda olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər