İslamiada: Azərbaycan millisi Liviya ilə qarşılaşır

İslamiada: Azərbaycan millisi Liviya ilə qarşılaşır

Azərbaycan futzal millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan yığmamız startda Liviya ilə qarşılaşacaq. 

Oyun "Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksi"ndə baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Milli İslamiadada 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı ilə təmsil olunacaq: 

Qapıçılar: Kamran Hacıyev ("Neftçi" İK), Cavad Məmmədov ("Baku Fire"). Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi "Neftçi" İK), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı "Araz-Naxçıvan"), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı "Baku Fire"), Oqtay Mahmudzadə (U-19).

Qeyd edək ki, Yevgeniu Kukseviçin baş məşqçisi olduğu komanda 6 noyabrda Özbəkistanla, iki gün sonra isə meydan sahibi Səudiyyə Ərəbistanı ilə görüşəcək.

İslamiadanın rəsmi açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.

VI İslam Həmrəyliyi Oyunları A qrupu 4 noyabr

17:00. Liviya – Azərbaycan Ər-Riyad. "Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksi". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər