Kriştiano Ronaldonun sevgilisi İrina Şayk filmə çəkilir. Fanat.az xəbər verir ki, rusiyalı model "Hercules: The Thracian Wars" adlı filmdə rol olacaq.
İrina aktrisalıq təklifi aldıqdan sonra "The Daily Mail" qəzetinə açıqlama verib. Model maraqlı açıqlamaları ilə diqqəti çəkib: "Bundan əvvəl mənə həmişə striptizçi və ya barmen rollarını təklif edirdilər. Niyə həmişə ancaq soyunmağımı istəyirlər?".
İrina modellikdən qazandığı pulların onu razı saldığını bildirib: "Bu mənim üçün işdi, hobbi deyil. Yəni, 20 min dollar qazandım, bununla tez ayaqqabı alım kimi düşüncəm yoxdu. Bu işin ən çox sevdiyim tərəfi maddi imkanlardı".
Fanat.az