Hollandiya penaltilərdə güldü - VİDEO

Hollandiya penaltilərdə güldü - VİDEO
Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə 1/4 finala yekun vurulub.
Mərhələnin son matçında Hollandiya Kosta Rikanı sınağa çəkib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. "Lotereya"da daha dəqiq olan hollandlar yarımfinala çıxıb.
Qeyd edək ki, Hollandiya yarımfinalda Argentina ilə qarşılaşacaq. Digər 1/2 final matçında Braziliya və Almaniya milliləri üz-üzə gələcək. Beləliklə, finala vəsiqə uğunda iki Avropa və iki Cənubi Amerika komandası mübarizə aparacaq.
DÇ-2014
1/4 final
6 iyul
Hollandiya - Kosta Rika 0:0 (penalti - 4:3)
Hollandiya: Casper Killessen (Tim Krul, 120+1), Ron Vlaar, Stefan de Vrij, Bruno Martins İndi (Klaas-Jan Huntelaar, 100+6), Daley Blind, Uesli Sneyder, Aryen Robben, Georginio Vijnaldum, Robin van Persi, Dirk Kuyt, Mempis Depay (Jeremain Lens, 76). 
Ehtiyat oyunçular: Mişel Vorm, Daril Canmaat, Paul Verhaeg, Coel Veltman, Terense Konqolo, Conatan de Quzman, Yordi Klasi.
Baş məşqçi: Luis van Qaal.
Kosta Rika: Keylor Navas, Conni Akosta, Ceankarlo Qonzales, Maykl Umana, Junior Diaz, Kristian Qamboa (Dave Mirу, 79), Kelso Borqes, Kristian Bolanos, Yeltsin Tejeda (Jose Kubero, 97), Coel Kampbell (Marko Urena, 66), Bryan Ruiz.
Ehtiyat oyunçular: Patrik Pemberton, Daniel Kambronero, Maykl Barrantes, Vaylon Françis, Esteban Qranados, Dieqo Kalvo, Randall Brenes.
Baş məşqçi: Xorxe Luis Pinto.
Dəqiq olan penaltilər: Robin van Persi, Aryen Robben, Uesli Sneyder, Dirk Kuyt - Kelso Borqes, Ceankarlo Qonzales, Kristian Bolanos.
Dəqiq olmayan penaltilər: Bryan Ruiz, Maykl Umana.
Sarı vərəqələr: Bruno Martins İndi, 64. Klaas-Jan Huntelaar, 111 - Junior Diaz, 37. Maykl Umana, 52. Ceankarlo Qonzales, 81. Conni Akosta, 107.
Hakimlər: Ravşan İrmatov, Əbduhəmidullo Rəsulov (Özbəkistan), Bahadır Koçxarov (Qırğızıstan), Numandiez Due (Kot`D-İvuar).
Salvador. "Fonte Nova Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər