Çempionlar Liqasının II təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA-nın əmsallar cədvəlindəki mövqeyinə təsir etməyib. Fanat.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki yerində qalıb.
Belə ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən biri növbəti oyununu keçirib. ÇL-də mübarizə aparan ölkə çempionu "Qarabağ" səfərdə Malta "Valletta"sına 1:0 hesabıyla qalib gəlib. “Köhlən atlar”ın bu qələbəsi ölkəmizin əmsal ehtiyatını zənginləşdirib. "Qarabağ" bu zəfərlə Azərbaycanın adının önünə daha 0,250 əmsal yazdırmağı bacarıb.
Hazırda sözügedən cədvəldə 53 ölkə arasında 30-cu pillədəyik. Azərbaycanın hesabında 9,625 əmsal var ki, onun da 0,750-si cari mövsümdə qazanılıb. Bunun 0,500-ünü "İnter", 0,250-sini isə "Qarabağ" gətirib.
Qeyd edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 əmsal qazandırır. Heç-heçə isə 0,125-lə qiymətləndirirlir. Qrup mərhələsində bərabərlik 0,250, qələbə 0,500 əmsalla dəyərləndirilir.
| ...28 | Sloveniya |
|
|
|
|
| 10,500 |
| 29 | Macarıstan |
|
|
|
|
| 9,875 |
| 30 | AZƏRBAYCAN |
|
|
|
|
| 9,625 |
| 31 | Slovakiya |
|
|
|
|
| 9,250 |
| 32... | Gürcüstan |
|
|
|
|
| 8,875 |
Fanat.az