Höccət Haqverdi Azərbaycan millisinin düşərgəsini tərk etdi

Höccət Haqverdi Azərbaycan millisinin düşərgəsini tərk etdi

"Neftçi"nin futbolçusu Höccət Haqverdi Azərbaycan milli komandasının düşərgəsini tərk edib.

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, ötən il noyabrın 20-də Şimali Makedoniya ilə keçirilən beynəlxalq yoldaşlıq oyununda qırmızı vərəqə ilə cəzalandırılan futbolçu İordaniya millisinə qarşı matçda iştirak edə bilməyəcəyi üçün milli komandadan ayrılıb.

Xatırladaq ki, millimiz sentyabrın 12-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da İordaniya millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər