AZAL baxışa yeni futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov İrakli Klimiaşvilini sınayır. Gürcü futbolçu ilə bağlı qərar yaxın günlərdə veriləcək.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin son iş yeri "Skonto" olub. İrakli ötən ildən çıxış etdiyi Latviya klubunda 37 oyun keçirib və 5 qol vurub. O, əvvəllər Gürcüstanın "VİT-Georgiya", "Dila", "Sioni", Rusiyanın "Anji" və Özbəkistanın "Paxtakor" klubunda top qovub.
2007-2010-cu illərdə Gürcüstanın U-21 yığmasında 12 oyun keçirən Klimiaşvili 2008-ci ildən A milliyə çağırılıb. 27 may 2008-ci ildə Estoniya ilə oyunda əsas komandada debüt edən futbolçu 5 dəfə milli formanı geyinib.
Fanat.az