Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.

Fanat.Az xəbər verir ki, yığma üzvləri səhər və axşam olmaqla, günü iki məşqlə başa vurublar.

Komanda aprelin 7-dək hazırlığı Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.

Qeyd edək ki, millimiz aprelin 8-də Tbilisiyə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər