Flavinyo azarkeşlərə söz verdi

Flavinyo azarkeşlərə söz verdi
"Bu bizim Avstriyada ilk oyunumuz idi. Boludakı hazırlıqdan sonra yorğunluq fonunda “Dinamo” kimi rəqibə qarşı oynamaq heç də asan deyil". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib.
"Neftçi" dünən Kiyev "Dinamo"su ilə yoxlama oyunu keçirib və 2:2 hesablı heç-heçəyə razılaşıb. Komandanın yeni kapitanı klubun rəsmi saytına açıqlamasında oyunla bağlı danışıb: "Dinamo"nun əsas heyətlə oynadığını nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Amma bizim üçün önəmli olan nəticə deyil, komandamızın oyunudu. Belə güclü rəqiblərlə oynamaq bizim üçün çox xeyirlidi. Oyundan razı qaldım. Bununla belə, daha da hazır vəziyyətdə olmaq üçün kifayət qədər vaxtımız var". 
Braziliyalı futbolçu azarkeşlərə söz verib: "Avrokuboklara yaxşı əhval-ruhiyyədə və yüksək səviyyədə hazırlaşırıq. Hələ qarşıda bir neçə hazırlıq oyunumuz da var. Azarkeşlərimiz bilsinlər ki, Avroliqada onları sevindirmək üçün əlimizdən gələni edəcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər