Dünya çempionatı: Azərbaycan millisi Ermənistanla üz-üzə

Dünya çempionatı: Azərbaycan millisi Ermənistanla üz-üzə

Bu gün Sitjesdə (İspaniya) şahmat üzrə qadın komandalar arasında dünya çempionatına start veriləcək.

Fanat.Az xəbər verir ki, 8-ci dəfə təşkil olunan yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Komandalar hərəsində 6 iştirakçı olmaqla iki qrupa bölünəcək. Qruplarda ilk dörd yeri tutan yığmalar pley-offa yüksələcək.

Millimiz Rusiya, Hindistan, Fransa, Ermənistan və İspaniya ilə birgə A qrupunda yer alıb. B qrupunda isə FİDE Amerika, Ukrayna, Qazaxıstan, Almaniya, Gürcüstan və Polşa yığmaları yarışacaq.

İlk gündə iki tur baş tutacaq. Xanımlarımız müvafiq olaraq Hindistan və Ermənistan komandaları ilə qarşılaşacaq.

Yığmamızın heyəti Günay Məmmədzadə, Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyevdan ibarətdir.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.

Komandalarası dünya çempionatı Qrup mərhələsi 27 sentyabr

l tur 17:00. Azərbaycan - Hindistan

II tur 20:00. Ermənistan - Azərbaycan

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər