Diniyev Azərbaycan millisində

Diniyev Azərbaycan millisində

Türkiyənin “Ümraniyespor” klubunda legioner həyatı yaşayan Coşqun Diniyev Azərbaycan milli komandasına çağırılıb.

Fanat.Az xəbər verir ki, bu barədə futbolçumuzun çıxış etdiyi I Liqa təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib. 

28 yaşlı yarımmüdafiəçi Belçika ilə AÇ-2024-ün seçmə mərhələ oyunu və İordaniya ilə yoldaşlıq görüşünə dəvət alıb.

Qeyd edək ki, millinin baş məşqçi Canni De Byazi hələ heyəti açıqlamayıb. 

Millimiz sentyabrın 9-da Belçikanı, bundan 3 gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər