Dünya çempionatında çıxış edən bəzi futbolçular və komandalar "100-lər klubu"na düşüb. Fanat.az xəbər verir ki, Hollandiya yığmasından iki nəfər 100-ə çatıb.
Belə ki, "Qalatasaray"lı Uesli Sneyder və "Fənərbaxça"lı Dirk Kuyt 100-cü dəfə "narıncı" formanı geyinib. Sneyder İspaniyanı 5:1 hesabı ilə yendikləri matçda, Kuyt Meksikaya 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada 100-cü oyununa çıxıb.
Nigeriyadan Yosep Yobo Fransa, Kolumbiyadan Mario Yepes Kot`D-İvuar, Argentinadan Xavyer Maskerano İran, Almaniyadan Per Mertesaker İran matçında milli komandada 100-cü oyununu keçirib.
Braziliyanı Kolumbiya ilə 1/4 final matçında ağır zədə alan Neymar Kamerunla qrup mərhələsinin matçında DÇ-2014-ün 100-cü qoluna imza atıb.
Fransız Olivier Qiroud İsveçrəni 5:2 hesabı ilə yendikləri oyunda Fransanın dünya çempionatındakı 100-cü qolunu rəqib qapısından keçirib.
Mundialın yarımfinalında qarşılaşacaq Almaniya və Braziliya 100-cü dünya çempionatı matçına çıxıb. Almanlar yubiley oyununu Portuqaliyaya (4:0), braziliyalılar Kameruna (4:1) qarşı keçirib.
Fanat.az