Böyükağa Hacıyev: "İstefa verəcəm"

Böyükağa Hacıyev: "İstefa verəcəm"
"Rəqibi nə qədər təzyiqdə saxlasaq da, qol vura bilmədik. “Koper” həddən artıq müdafiəyə qapandı. Cavab oyununda başqa taktika fikirləşməliyik". Fanat.az xəbər verir ki, bu sözləri "Koper"lə oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyüka Hacıyev deyib.
Nəticəyə görə məsuliyyət daşıdığını deyən baş məşqçi mərhələ keçməyəcəkləri halda istefa verəcəklərini deyib: "Hər şeyə cavabdeh mənəm. Azarkeşləri qınamıram. Yəqin ki, onlar təzə nəfəs istəyir. Mərhələni keçə bilməsək, istefa verəcəm. İstefa vermək kişilik əlamətidi. Mərhələ keçsək də, istefa verəcəm. Həmişə cəzamı çəkməyə hazıram. Hər ailədə olduğu kimi “Neftçi”də müəyyən problemlər var. İndiyə qədər “Neftçi”də beş nəticə vermişəm. Bunu reklam üçün demirəm. Təəəssüf ki, ilk məğlubiyyətsizliyə görə, istefa şüarları eşitdim. Mən də işsiz qalmayacağam. Təkliflər var, yəqin ki, karyeramı davam etdirəcəyəm. Şedevr əsərimi yazmamış futboldan getməyəcəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər