Azərbaycan millisinin üzvü Super Liqa klubunda

Azərbaycan millisinin üzvü Super Liqa klubunda
Azərbaycanın kişilərdən ibarət voleybol üzrə milli komandasının üzvü Dmitri Baranov karyerasını İspaniyada davam etdirəcək. 
Fanat.Az xəbər verir ki, 25 yaşlı voleybolçu "Almeriya” klubu ilə müqavilə imzalayıb. Milliləşdirilmiş idmançımız bir il bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Baranov son olaraq "Lokomotiv”in formasını geyinib və Azərbaycan çempionu olub. İspaniya Super Liqasında çıxış edən onun yeni komandası "Çelenc Cup”a vəsiqə qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər