Azərbaycanın U-21 millisinin üzvü Tural Hümbətov karyerasını Makedoniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o "Pobeda" ilə müqavilə imzalayıb. Bu haqda məlumat yayan klubun rəsmi "feysbuk" səhifəsi 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.
Makedoniyanın yüksək liqa təmsilçisi olan "Pobeda" son mövsümdə 7-ci yeri tutub. Tural isə son olaraq AZAL-ın formasını geyib.

Fanat.Az