Azərbaycan millisinin Ukrayna ilə oyununda xorvat hakimlər

Azərbaycan millisinin Ukrayna ilə oyununda xorvat hakimlər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Matçın baş hakimi Dario Bel olacaq. Onun köməkçiləri Qoran Pataki, İvan Yaniç və Zdenko Lovriçdir.

"Qarabağ Arena"da baş tutacaq matç martın 26-da, 16:00-da başlayacaq.

Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər