Azərbaycan millisinin Türkiyə ilə oyunlarına təyinatlar açıqlandı

Azərbaycan millisinin Türkiyə ilə oyunlarına təyinatlar açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək:

31 may

Türkiyə – Azərbaycan Baş hakim: Aleksandra Kollin Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar Dördüncü hakim: Klemens Qonçalves (Hakimlər briqadası Fransadandır) Ərzincan. "13 Şubat" stadionu. Saat 21:00

4 iyun

Azərbaycan – Türkiyə Baş hakim: Nanna Löf Andersen Baş hakimin köməkçiləri: Sidsel Rasmussen, Anna Kyaer Şmidt Dördüncü hakim: Frida Klarlund (Hakimlər briqadası Danimarkadandır) Mərdəkan. "Liv Bona Dea". Saat 19:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər