Azərbaycan millisinin sabiq üzvü Braziliyada polis işləyir

Azərbaycan millisinin sabiq üzvü Braziliyada polis işləyir

Azərbaycan milli komandasının və “Karvan” klubunun sabiq üzvü Ernani Pereyra futbol sahəsindən uzaqlaşıb. 

“Karvan”da çıxış edərkən milli məşqçilərinin rəğbətini qazanan və əsas komandamıza dəvət alan müdafiəçi karyerasını bitirdikdən sonra təhlükəsizlik xidmətlərində çalışmağa başlayıb.

Ernani hazırda Braziliyada polis kimi fəaliyyət göstərir.

Qeyd edək ki, “Karvan”da 4 mövsüm çıxış edən Ernani “Kruzeyro”, “Quarani”, “Konyaspor”, “Mersin İdman Yurdu” kimi klublarda da forma geyinib. (Futbol11.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər