"DÇ-2018"in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil həbs edilib.
Fanat.Az xəbər verir ki, buna səbəb sərxoş halda avtomobil idarə etməsi olub.
Bazar günü baş verən hadisə Edinburq yaxınlığında qeydə alınıb.
48 yaşlı mütəxəssis oktyabrın 10-da məhkəmə önünə çıxacaq.
Qeyd edək ki, millimiz cari seçmə mərhələdə Şimali İrlandiya yığmasına qarşı keçirdiyi hər iki oyunda məğlub olub - 0:4 və 0:1.
Fanat.Az