Azərbaycan millisinin növbəti rəqibi bilindi

Azərbaycan millisinin növbəti rəqibi bilindi

Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama görüşləri keçirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. 

Oyunlar aprelin 13-də və 15-də Aktau şəhərində baş tutacaq.

Qeyd edək ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan yığması ilə qarşılaşacaq. Bu o deməkdir ki, milli aprelin ilk yarısında Gürcüstana və Qazaxıstana turneyə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər