Azərbaycan millisinin mövqe dəyişmədi

Azərbaycan millisinin mövqe dəyişmədi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib.

Fanat.Az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı kollektiv 1305,48 əmsalla 76-cı pillədə yer alıb.

Siyahıya İspaniya başçılıq edir. “Buğalar”ın hesabında 2066,05 əmsal var. İngiltərə (2021,41) ikinci sıraya qalxıbsa, Fransa (2018,81) üçüncü yerdəki mövqeyində qalıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə qarşılaşacaq. Qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər