Azərbaycan millisinin elit-raunddakı oyun cədvəli bəlli oldu

Azərbaycan millisinin elit-raunddakı oyun cədvəli bəlli oldu

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-un elit-raund mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla üz-üzə gələcək.

Millimizin bu mərhələdəki oyun cədvəli isə belə olacaq:

Sentyabr Rumıniya - Azərbaycan Azərbaycan – Niderland

Oktyabr Azərbaycan – Qazaxıstan Qazaxıstan - Azərbaycan

Dekabr Azərbaycan – Rumıniya Niderland - Azərbaycan

Oyunların keçiriləcəyi günləri qrup iştirakçıları iyunun 16-dək öz aralarında razılaşdırmalıdırlar. Həmin tarixə qədər razılıq əldə olunmasa, UEFA oyun tarixlərini püşklə müəyyənləşdirəcək. 

Dekabrın 20-i qrup mərhələsi üçün sonuncu oyun günüdür. Pley-off-da iştirak edəcək komandalar üçün gələn il yanvarın 25-də püşk atılacaq, matçlar isə ev və səfər prinsipi olmaqla gələn il 8-17 aprel tarixlərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər