“Azərbaycan millisinin azarkeşiyəm” - De Byazi

“Azərbaycan millisinin azarkeşiyəm” - De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Panorama Sport" nəşrinə müsahibə verib.

Fanat.Az xəbər verir ki, o, daha əvvəl çalışdırdığı Albaniya millisi üçün darıxıb-darıxmadığı ilə bağlı sualı belə cavablandırıb: 

"Mən Azərbaycan millisinin məşqçisiyəm və bu komandanı hər cəhətdən təkmilləşdirməyə çalışıram. Albaniya millisini dəstəkləyirəm və Avropa çempionatına getməyinizi çox arzulayıram. Amma mən Azərbaycanın millisinin məşqçisi və azarkeşiyəm".

Xatırladaq ki, 2011-2017-ci illər aralığında Albaniya yığmasına başçılıq etmiş De Byazi bu komandanı AÇ-2016-nın final mərhələsinə çıxarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər