Azərbaycan millisinin AÇ-dəki oyunlarına hakim təyinatları açıqlandı

Azərbaycan millisinin AÇ-dəki oyunlarına hakim təyinatları açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının I qrupunda iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan millisi 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncüdür.

12 iyul

20:00. Azərbaycan - Macarıstan Hakimlər: Yelena Pejkoviç, Sanya Rodyak-Karşiç, Qordana Katuşiç, Yelena Kumer. Mərdəkan. "Liv Bona Dea Arena".

16 iyul 21:00. İsveçrə - Azərbaycan Baş hakim: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova. Lozanna. "Olimpik De La Pontez" stadionu.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər