Martın 5-dən 7-dək Bakıda, 8-dən 14-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində martın 10-da və 13-də BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Millinin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Feyzullayeva Aytac - Şırnak Belediye Spor (Türkiyə) 2. Aliyeva Nailə - PFK Neftçi 3. Rəhimova Milana - Şırnak Belediye Spor (Türkiyə) 4. Cəfərova Fidan - Nuxa 5. Mirzəyeva Aytac - PFK Neftçi 6. Hüseynli - Fatiməyi Zəhra - Sumqayıt FK 7. Aşırova Samirə - Xırdalan Siti 8. Seyidova Müjgan - PFK Neftçi 9. Əhmədli Fatimə - Şırnak Belediye Spor (Türkiyə) 10. Şeyma Nur Gencay - FC Yukatel Kayseri (Türkiyə) 11. Kocabey Buse Nur - Antalyaspor (Türkiyə) 12. Bozkurt Tugba Nur - Beykent SK (Türkiyə) 13. Mutlu Eda Nur - Qazikentspor (Türkiyə) 14. Məmmədova Nahidə - Nuxa 15. Tarverdizadə Nurçin - Xırdalan Siti 16. Abdullayeva Türkan - Xırdalan Siti 17. Hacıyeva Əsmayə - Xırdalan Siti 18. Həsənova Lalə - Xırdalan Siti