Azərbaycan millisi Yunanıstana məğlub oldu

Azərbaycan millisi Yunanıstana məğlub oldu

Azərbaycanın futzal millisi bu gün AÇ-2026-nın əsas mərhələsinin V qrupu çərçivəsində səfərdə Yunanıstan yığması ilə qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda görüşdən 2:3 hesabı ilə məğlub ayrılıb.

Oyunda hesabı meydan sahibi komanda açıb. İkinci hissəyə futzalçılarımız daha fəal başlayıb. Ardıcıl real epizodları dəyərləndirə bilməyən yığmamız 31-ci dəqiqədə standart vəziyyətin icrasından sonra yenidən mərkəzə dəvət olunub. Bundan sonra qapıçını da meydan oyunçusu ilə əvəzləyən millimiz 2 dəqiqə sonra fərqi minimuma endirib. Eldar Zeynalovun qapıya paralel ötürməsini Kənan Manafov tora qovuşdurub. Manafov matçın başa çatmasına 22 saniyə qalmış bu dəfə hesaba tarazlıq gətirib. Ancaq dərhal 5 oyunçuya keçən rəqib final fitinə 4 saniyə qalmış qələbə topunu vurub. 

Komandamız qrupda növbəti oyununu aprelin 11-də səfərdə İsveç yığmasına qarşı keçirəcək.

AÇ-2026 Əsas mərhələ 11 mart

Yunanıstan - Azərbaycan 3:2 Qollar: Alexandros Adamopoulos, 2:11, Spyridon Papakostas, 30:39, Marios Ntatis, 39:56 - Kənan Manafov, 32:39, 39:38 Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (Hakimlər briqadası Bolqarıstandandır) Hakim-inspektor: Sven Eichler (Almaniya) UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus) 11 mart. Afina. DAİS Sports Hall. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər