Azərbaycan millisi Universiadada bürünc medal qazandı

Azərbaycan millisi Universiadada bürünc medal qazandı

Azərbaycanın cüdo yığması Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, millimiz Monqolustana 3:1 hesabı ilə qalib gələrək komanda hesabında üçüncü yeri tutub.

Xatırladaq ki, daha əvvəl fərdi yarışda cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanmışdılar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər