Azərbaycan millisi Türkiyəni uddu

Azərbaycan millisi Türkiyəni uddu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ilk oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, millimiz Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edib. Komandamızın qollarını Orxan Məmmədov, İlkin Hacıyev, Əbdül Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolun müəllifi isə topu öz qapısından keçirən Türkiyə yığmasının üzvü olub.

Millimiz turnirdə növbəti oyununu avqustun 26-da, Bakı vaxtı ilə saat 13:30-da İngiltərə yığmasına qarşı keçirəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər