Azərbaycan millisi Türkiyə ilə üz-üzə

Azərbaycan millisi Türkiyə ilə üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz Türkiyə seçməsi ilə qarşılşacaq.

"Ərzincan 13 Şubat" şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 21.00-da səsləndiiləcək və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı fransalı hakim Aleksandra Kollin idarə edəcək.

Qeyd edək ki, yığmamız buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) oynayıb, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1 xalla qrupda sonuncu - 4-cü pillədə qərarlaşıb.

Avropa Çempionatı B Liqası, I qrup 31 may

21.00. Türkiyə (Qadınlar) – Azərbaycan (Qadınlar) Baş hakim: Aleksandra Kollin (Fransa) "Ərzincan 13 Şubat stadionu".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər