Azərbaycan millisi Serbiyaya böyük hesabla uduzdu

Azərbaycan millisi Serbiyaya böyük hesabla uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə start verib. 

Fanat.Az xəbər verir ki, U-17 birinci seçmə mərhələsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

B Liqasının V qrupunda yer alan yığmanın Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionundakı matçı uğursuz alınıb. 

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv Serbiyaya 0:10 hesabı ilə uduzub. Bununla serblər A liqasına vəsiqə əldə ediblər. U-17 qrupda növbəti görüşünü noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər