Azərbaycan millisi Serbiya ilə bacarmadı

Azərbaycan millisi Serbiya ilə bacarmadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edib.

Millimiz Mərdəkanda baş tutan matçdan məğlub ayrılıb - 0:2. İkinci hissənin əvvəlində Nəriman Axindzadə penaıtidən yararlana bilməyib. 

Rəqib 9 qarşılaşmadan sonra 13 xalla üçüncü pillədə qərarlaşıb, komandamız isə 3 xalla (8 oyun) sonuncu - altıncı pillədə qalıb.

Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa uduzub - 0:2.

AÇ-2025 F qrupu 10 sentyabr   Azərbaycan (U-21) – Serbiya (U-21) 0:2

Qollar: Curceviç, 26. Miyatoviç, 40.

Nəriman Axundzadə 47-ci dəqiqədə penaıtidən yararlana bilməyib (qapıçı). 

Azərbaycan: 1. Yusif İmanov, 5. Mahir Həsənov, 4. Cəlal Hüseynov, 21. İbrahim Ramazanov, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov,13. Emil Səfərov, 8. Fərid Yusifli (k), 9. Nəriman Axundzadə, 18. Ağadadaş Salyanski, 14. Xəyal Əliyev

Baş məşqçi: Samir Əliyev

Serbiya: 12. Lazar Kaliçanin, 16. lazar Konstantinov, 3. Mixaylo İliç (k), 6. Voyin Serafimoviç, 14. Vukaşin Durdeviç, 4. Nikola Miliçiç, 20. Yovan Şlviniç, 17. Stefan Dzodiç, 22. Marko Veliçkoviç, 10. Yovan Miloşoviç, 7. Yovan Miyatoviç

Baş məşqçi: Lyubinko Druloviç

Hakimlər: Bastien Dechepy, Alexis Auger, Brice Parinet Le Tellier, Florent Batta (hamısı Fransa). Dalğa Arena. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər