Azərbaycan millisi San Marinonu məğlub etdi

Azərbaycan millisi San Marinonu məğlub etdi

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə Macarıstanın Sombatxey şəhərində San Marino ilə qarşılaşıb. Millimiz hesabda geri düşməyinə baxmayaraq geridönüş etməyi bacarıb.

Qarşılaşmanı yerli hakim Marton Rus idarə edib.

Hazırkı təlim-məşq toplanışı çərçivəsində milli iyunun 7-də Malta ilə qarşılaşıb və 0:2 uduzub. Komanda bugünkü oyunla hazırlığı başa vuraraq Bakıya dönəcək.

Qeyd edək ki, millinin oyunlarını işıqlandırmaq üçün Macarıstana yollanan jurnalistlərin səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.

Beynəlxalq yoldaşlıq oyunu 9 iyun

Azərbaycan – San Marino 2:1

Qol: Rəhman Daşdəmirov, 27. Renat Dadaşov, 49. - Nikola Nanni, 9. Hakimlər: Marton Rus, Balaş Şert, Balaş Salai, Bençe Çsonka (hamısı Macarıstan). Sombatxey, “Haladaş” stadionu.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov, 2. Rəhman Daşdəmirov, 18. Tellur Mütəllimov, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 25. Rüfət Abbasov, 26. Ayxan Hüseynov, 11. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23 Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 17. Vüsal İsgəndərli, 19. Nəriman Axundzadə, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Rəhim Sadıxov

San Marino: 1. Kolombo, 12. Tosi, 15. Posolini, 5. Celovi, 4. Fabbri, 18. Zannoni, 8. Kapiççioni, 25. Meloni, 21. Latsari, 11. Cakopetti, 9. Nanni (k)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər