Azərbaycan millisi növbəti sınağına çıxır

Azərbaycan millisi növbəti sınağına çıxır

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, yığma 3-cü turda səfərdə Farer adaları ilə qarşılaşacaq. 

Klaksvik şəhərindəki “Djupumyru” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, C liqasında mübarizə aparan Azərbaycan millisi 4 xalla qrupda 2-ci, xalı olmayan Farer adaları sonuncudur. Lider Kiprin də 4 xalı var. Monteneqro isə 3 xalla 3-cüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər