Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib. Fanat.Az xəbər verir ki, U-18 sözügedən ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Emin Feyzullayev və 56-cı dəqiqədə Rəşad Alışov vurublar. Yığmanın heyətində bu futbolçular çıxış ediblər: 1. Həbib Hüşənov, 2. Ömər Əliaslanlı, 6. Nadir Orucov, 7. Əkbər Məhərrəmov, 8. Emin Feyzullayev, 9. Ömər Kərimov (3. Cavid Məlikov, 90+5), 10. Babamirzə Mehdiyev (19. Əli Qurbanov, 90+1), 11. Röyal Fərzullazadə (20. Rauf Qafarov, 37 / 18. Arzu Mədətov, 71), 17. Ziya Şəkərxanov (16. Əmir Əliyev, 46), 21. Murad Mustafayev, 23. Rəşad Alışov. Qeyd edək ki, komandalar arasında oktyabrın 29-da keçirilən ilk oyunda Monteneqro yığması 2:0 hesablı qələbə qazanıb.
Azərbaycan millisi Monteneqroya qalib gəldi
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:33
12.10.2026
Həftəiçi oyunlar bu kanallarda- AFİŞA
Oxşar xəbərlər
Dünya futbolu
11:43
12.10.2026
Ramil Şeydayev oynadı, komandası...
Milli
23:58
11.10.2026
Toral Bayramov üçün Türkiyədə vəziyyət dəyişmir
Azərbaycan futbolu
09:34
11.10.2026
"Ərzurumspor" səfərdə xal qazandı, Nəriman isə...
Milli
15:40
09.10.2026
Abbasovla başladı, Eyubovla bitdi - U-21-in tarixi nəticəsinə sözardı