Azərbaycan millisi Lüksemburqa qarşı

Azərbaycan millisi Lüksemburqa qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti - üçüncü oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Lüksemburqu qonaq edəcək.

F qrupunda yer alan yığmamızın oyunu “Azərsun Arena”da baş tutacaq. Qrupda keçirdiyi əvvəlki iki matçda məğlub olan U-21 ilk xallarını qazanmağa köklənib. Samir Əliyev əsas millidə olan üç futbolçunu - Bolqarıstanın “Arda” klubunda çıxış edən Cəlal Hüseynovu, “Qəbələ”nin futbolçusu Emil Səfərovu və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadəni sərəncamına qatıb.   Qeyd edək ki, U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

AÇ-2025, seçmə mərhələsi F qrupu, IV tur 17 oktyabr

18:00. Azərbaycan – Lüksemburq Baş hakim: Dumitri Muntean (Moldova). Bakı. “Azərsun Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər