Azərbaycan millisi Lixtenşteyn ilə üz-üzə

Azərbaycan millisi Lixtenşteyn ilə üz-üzə

UEFA Millətlər Liqasında 3-cü tur başlayır. Fanat.Az xəbər verir ki, Azərbaycan yığması bu gün növbəti matçına çıxacaq. D Liqasında mübarizə aparan seçməmiz qrupdakı ikinci oyununu Lixtenşteynə qarşı keçirəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv rəqibini Tofiq Bəhramov adına respublika stadionunda qəbul edəcək. Oyun saat 20:00-da start götürəcək. Qarşılaşmanı Avstriyadan olan hakimlər idarə edəcəklər. Oyunun baş hakimi Kristian Petru Çoçirka olacaq. Xatırladaq ki, millimiz qrupdakı ilk oyununu səfərdə Litva yığmasına qarşı keçirib və 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Lixtenşteyn isə iık tur çərçivəsində evdə Litvaya 0:2 hesabıyla uduzub. Azərbaycan millisi növbəti oyununu 4 oktyabrda Bakıda Litva yığmasına qarşı keçirəcək. UEFA Millətlər Liqası D Liqası, 2-ci qrup 1 oktyabr 20:00. Azərbaycan – Lixtenşteyn Baş hakim: Kristian-Petru Çoçirka, Maksimilian Vays, Mihael Obritsberqer, Şafak Parmaksız (hamısı Avstriya). VAR: Manuel Şyuttenqruber (Avstriya). AVAR: Aleksander Harkam (Avstriya). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər