Azərbaycan millisi İsveçə qarşı

Azərbaycan millisi İsveçə qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı komandamız İsveç yığması ilə qarşılaşacaq.

Türkiyəli hakimlərin idarə edəcəyi qarşılaşma saat 19:00-da başlayacaq.

Xatırladaq ki, U-21 yığmamız bir neçə gün öncə Antalyada baş tutan ilk sınaq matçında Macarıstan millisinə 0:3 hesabıyla uduzmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər