Azərbaycan millisi İspaniyada 3 oyun keçirəcək

Azərbaycan millisi İspaniyada 3 oyun keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmamız avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olacaq. İspaniyadakı hazırlıq zamanı 3 yoldaşlıq görüşü keçiriləcək.

Sentyabrın 4-dəki rəqib Şotlandiya, 6-da Niderland, 9-da Uels olacaq. İlk iki oyun Bakı vaxtı ilə 21:00-da, son matç 13:00-da başlayacaq. 

Təlim-məşq toplanışına 24 futbolçu dəvət olunub.

1. Sadiq Məmmədzadə - Qarabağ 2. Osman Hüseynov - Riqa (Latviya) 3. Səlim Həşimov - Zirə 4. Hüseyn Hüseynov - Turan Tovuz 5. Nihad Əliyev - Qarabağ 6. Kənan Feyziyev - Sumqayıt 7. Məhəmməd Məmmədli - Neftçi 8. Nadir Orucov - Sumqayıt 9. Vüsal Paşayev - Sumqayıt 10. Surxay Nəbiyev - Neftçi 11. Emil Bünyadzadə - Qarabağ 12. Elgün Dünyamalıyev - Sabah 13. Dinamin Bağırov - Turan Tovuz 14. Mirşahbaz Şahbazov - Neftçi 15. Qədir Ramazanov - Qəbələ 16. Şahin İbrahimov - Sabah 17. Sənan Muradlı - Sumqayıt 18. Əşrəf Ələkbərli - Qarabağ 19. Murad Məmmədov - Neftçi 20. Hikmət Cəbrayılzadə - Qarabağ 21. Raul Zeynallı - Sabah 22. Nihad Əhmədzadə - Sumqayıt 23. Davud Mənsumov - Qarabağ 24. Nihad Orucəli - Sumqayıt  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər